Musics of Azerbaijan yayım şirkəti 2021-ci ildə Onur Mamedov və Həmzə Hüseynli tərəfindən təsis edilmişdir. Şirkət, Azərbaycan musiqisinin dünya miqyasında tanınması və geniş auditoriyalara çatdırılması məqsədini əsas prioritet kimi müəyyən etmişdir. Fəaliyyətimizin mərkəzində Azərbaycanın zəngin musiqi irsini müasir texnologiyaların imkanları ilə birləşdirərək musiqiçilərə daha böyük imkanlar yaratmaq dayanır. Musics of Azerbaijan – Azərbaycan musiqisinin gələcəyini qurur. Hər bir addımımız, musiqiçilərin uğuru və Azərbaycan musiqisinin dünya miqyasında mövqeyini gücləndirmək məqsədi daşıyır. Musics of Azerbaijan, gələcəkdə də innovasiyalara əsaslanan xidmətləri ilə bu missiyanı davam etdirəcəkdir.
600-dən çox musiqiçinin 5000-dən artıq mahnısı ilə beynəlxalq uğurlar Bu günə qədər, Musics of Azerbaijan, 600-dən çox musiqiçinin 5000-dən artıq mahnısını dünyanın ən populyar rəqəmsal platformalarında uğurla yayım etmişdir. Şirkətimiz, Azərbaycan musiqisinin janrından və miqyasından asılı olmayaraq, hər bir musiqiçinin beynəlxalq səviyyədə tanınmasına töhfə verir.
Dünyanın ən böyük distribütor platforması ilə əməkdaşlıq – The Orchard Musics of Azerbaijan, dünyanın ən iri və nüfuzlu musiqi distribütorlarından biri olan The Orchard ilə əməkdaşlıq edir. 1997-ci ildə əsası qoyulan The Orchard, marketinq, satış, sinxronizasiya və digər xidmətlər daxil olmaqla, musiqi yayımının bütün aspektlərini əhatə edən çoxşaxəli platformadır. Bu əməkdaşlıq, Azərbaycan musiqisinin dünya bazarına inteqrasiyasını daha da sürətləndirir və qlobal miqyasda yüksək keyfiyyətli xidmətlər təqdim edir.
Musiqiçilər üçün fərdi yanaşma və dəstək Musics of Azerbaijan, hər bir musiqiçinin tələblərinə uyğun fərdi yanaşma tətbiq edir. Musiqiçilərə gəlir şəffaflığı, müəllif hüquqlarının qorunması və YouTube Content-ID kimi innovativ vasitələrlə tam dəstək göstəririk. Şirkətimiz, musiqiçilərə gəlir mənbələrini artırmaq, mahnılarını geniş auditoriyaya çatdırmaq və yaradıcı fəaliyyətlərini peşəkar səviyyədə inkişaf etdirmək imkanı yaradır.
Azərbaycan musiqisinin qlobal miqyasda tanınması üçün addımlarımız davam edir Musics of Azerbaijan, yalnız musiqi yayımı ilə məhdudlaşmır. Biz həmçinin, Azərbaycan musiqisinin qlobal səviyyədə tanınması və sevilməsi üçün müxtəlif tədbirlər, layihələr və təşəbbüslər həyata keçiririk. Məqsədimiz, musiqiçilərimizin beynəlxalq uğurlar qazanmasını təmin etmək və Azərbaycan mədəniyyətini qlobal səhnədə təbliğ etməkdir.
Rəqəmsal əlaqələrin önəm qazandığı bir dünyada, Music of Azerbaijan innovasiya və mükəmməllik üçün çalışır. Biz sərhədləri aşaraq 600-dən çox musiqiçinin səslərini yüksəldib və 5000-dən artıq mahnını qlobal platformalarda yayımlamışıq.Biz yalnız musiqi yaymırıq; auditoriyaları birləşdirən və Azərbaycan musiqisinin irsini yüksəldən rəqəmsal təcrübələr yaradırıq. Gələcəyin rəqəmsal musiqisini birlikdə formalaşdıraq!
5000+
Mahnı
194
Ölkədə